Ukraynada Yanukoviç hakimiyyətinin devrilməsində əhəmiyyətli rolu Avropa və Amerika Birləşmiş Ştatları oynayıb. Bu barədə kifayyət qədər subutlar var. Bunu keçmiş ABŞ konqresmeni Ron Pol RT-ə müsahibəsində deyib.
"Biz Ukraynada ABŞ səfirliyinin nümayəndəsi və gələcək Ukrayna prezidentinin namizədliyi barədə Dövlət Departamentinin nümayəndəsi arasında söhbətləri yaxşı xatırlayırıq. Mənim şəxsi mülahizələrim var ki, indi Ukraynada nələr edilməlidir. Lakin hal hazırda ABŞ höküməti Ukraynadan kənarda qalmalıdır. Ukraynanın daxili işlərinə qarışmamalıdır. Çünki ABŞ artıq Ukraynada kifayyət qədər fəal rol oynayıb. Nəticəsi isə göz qabağındadır. Məhz ABŞ və Avropanın Ukraynada Yanukoviç hakimiyyətinin devrilməsində apardıqları mübarizənin nəticəsi olaraq bu günləri həmin dövləti həddən artıq acınacaqlı vəziyyət gətirib çıxarıb. Qeyd etmək istərdim ki bununla bağlı kifayyət qədər subutlar var” – deyə keçmiş konqresmen bildirib.
Daha sonra keçmiş konqresmen Ukrayna hadisələri barədə ABŞ mediasında yazılan məsələlərə də toxunub. O bildirib ki, indi ABŞ mediasını və hökumətini, yalnız bir versiya uzrəində dayanmaq maraqlandırır. Bu da təbii ki, Pentaqonun nəzarətində olan informasiya vasitələrində sifarişlə edilir. "Rusiya Krımı işğal etdi və.s.”.
.
