Tanınmış yazıçı Əkrəm Əylisliyə qarşı qaldırılan cinayət işinin maddəsi dəyişdirilib. 
Bu barədə AzNews.az-a vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu gün o, Ə.Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində olub: "Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur”. 
Vəkil qeyd edib ki, CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyatı prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. 
Qeyd edək ki, yazıçı Əkrəm Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə) görə cinayət işi açılmışdı.

.