Müğənnilər Sevil və Sevinc bacıları media nümayəndələri ilə görüşüb. 

Axşam.az-ın məlumatına görə, əkiz bacılar "Son öpüş” adlı mahnıya çəkdirdiyi klipi təqdim ediblər. 

"Son öpüş” mahnısının sözləri Leyli İsrafilovaya, musiqisi Hacı Nazim Məmmədova aiddir. 

Sevil və Sevinc bildirib ki, Rusiyada lentə alınan klipin rejissoru Ketti Sannikova, prodüseri Tarix Əliyevdir:

"Geyimlərimizi Anita xanım hazırlayıb. "Miss Moskva 2015” gözəlidir. Hazırda modelyerlik edir. Klipə xərclədiyimiz məbləği açıqlamaq istəmirəm. Burada bir neçə adamın əməyi var. Orada klip çəkdirmək üçün icazə almaq çətin idi. Rusiyada yaşayan həmyerlilərimiz kömək etdi. Ən bahalı məkanda çəkiliş oldu, ən bahalı maşın gətirildi".

İfaçılar Rusiya şou-biznesinə qatılmaq istəklərindən danışıb: 

"Rusiya ilə işbirliyimiz davamlı olacaq. Orada oxuyacağımız duetlərimizi, yeni mahnılarımı artıq düşünmüşük. Bu klip orada da yayımlanacaqdı. Vaxt azlığından mahnının rus dilində olan versiyasını hazırlaya bilmədik. İnşallah növbəti klipimiz mütləq Rusiya kanallarında nümayiş olunacaq".

Mahnının ilk ifaçısı müğənni Zamiq Hüseynov olub. Müəllif N.Məmmədov bəstəni Sevil və Sevincə verərkən, onun üzərində dəyişiklik etdiklərini deyib:

"Mahnı müəllifin özünə məxsusdur. Bəstəni əkizlərə verəndə Zamiqə demişdim. Mahnı tamam dəyişdirilib. Bircə nəqarət Zamiqin oxuduğu kimi qalıb".

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.