ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu yüksəldib.

EIA-in aylıq hesabatının məlumatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 68,78 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 3,59 dollar çoxdur.

Proqnoza görə, 2021-ci ilin ikinci yarısında "Brent" markalı neftin ortalama qiyməti 72 dollar səviyyəsində olacaq.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 66,64 dollar səviyyəsində olacağı gözlənilir (6,15 dollarlıq artım).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 65,85 dollar (ötən proqnoza əsasən 61,85 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 62,97 dollara çatacağı gözlənilir (öncəki proqnoz 56,74 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

.