ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

Bu, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (avqust ayında verilib – red.) 20 min barel çoxdur.

Rusiya və Macarıstan uzunmüddətli qaz müqaviləsinə dair razılığa gəlib
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
ABŞ-ın kommersiya neft ehtiyatlarının azalması davam edir
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

.