ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft bazarında tələbin təklifi üstələyəcəyini gözləyir.

EIA-in aylıq hesabatı verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin  97,29 mln. barel, tələbin isə 97,67 mın. barel  səviyyəsində olacağı proqnozlaşdırılır.

Beləliklə, EIA bu il neft bazarında 380 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 100,77 mln. barel, tələbatın isə 101,17 mln. barel təşkil edəcəyini gözləyir.

.