Pəncşirdəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud Əfqanıstan xalqına müraciət edib.

RİA “Novosti” verdiyi xəbərə görə, Əhməd Məsud vətəndaşları “Taliban” hərəkatına müqavimət göstərməyə çağırıb.

Müqavimət qüvvələrinin lideri vətəndaşları ölkədə və ya xaricdə, harada olmalarına baxmayaraq, ölkənin azadlığı naminə ümumi üsyana qalxmağa səsləyib.

O əlavə edib ki, əgər Əfqanıstan xalqı üsyana qalxmasa, Əfqanıstan geridəqalmış, qaranlıq və hər hansı mədəniyyətdən uzaq düşmək təhlükəsi altında qalacaq və siyasi və iqtisadi təcridlə üzləşəcək.

Əhməd Məsudun sözlərinə görə, Pəncşirdə yaxınlarda baş vermiş toqquşmalar göstərdi ki, “xarici qüvvələr” taliblərlə birlikdə Əfqanıstan xalqına qarşı mübarizə aparır.

O qeyd edib ki, müqavimət hərəkatı son ana qədər, Əfqanıstan azad olunana və xalq qələbə qazanana qədər davam edəcək.


 

.