Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna ötən ay Afinaya səfəri zamanı sui-qəsd planı hazırlanıb. Bu barədə ictimaiyyətə Yunanıstanda dərc olunan "Parapolitika" qəzeti məlumat yayıb. Məlumata görə, "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi" adlı qurumun üzvləri Türkiyənin XİN rəhbərini aradan götürmək istəyiblər.
Əhməd Davudoğluna sui-qəsd planının hazırlanmasından xəbər tutan Yunanıstan təhlükəsizlik xidməti isə səfərdən 4 gün əvvəl genişmiqyaslı əməliyyatlar keçirirək alarında Türkiyə vətəndaşı da olan bir neçə şəxsi saxlayıb.
Qəzetin yazdığına görə, hadisələr zamanı Yunanıstanın baş naziri Antonis Samaras Türkiyədən gələn nümayəndə heyəti Afinadan ayrılana qədər ölkədə fövqəladə vəziyyət elan edib.
.
