Egey dənizinin İzmir sahillərində qanunsuz yollarla Yunanıstan adalarına keçməyə çalışan qaçqınları daşıyan rezin qayıq batıb.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində qayıqda olan 12 nəfərdən ikisi ölüb, iki nəfər xilas edilib. Qayığın yeddi sərnişini isə itkin düşüb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.
.