Türkiyədə "böyük rüşvət əməliyyatı”nda adı keçən nazirlərdən biri – Egemen Bağışın ən yaxın adamı sensasiya sayılacaq açıqlama verib. Nazir mətbuat katibi İbrahim Bayram bildirib ki, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evində aparılan axtarış zamanı tapılan pulsayan maşın əslində polisə məxsusdur. Bayram iddia edib ki, aparatı Barışın yataq otağına polis qoyub. O, "Hürriyet”ə açıqlamasında deyib: "Pulsayan maşını polisə aiddir. Ortada ayaqqabı qutusu da yoxdur”.
Əməliyyatla bağlı mediaya sızan məlumatə və foto, video yazıralda Barış Gülərin və "Halkbank”ın direktoru Süleyman Aslanın evindən külli miqdarda pul tapıldlğı, pulların isə ayaqqabı qutularına yığıldığı göstərilir. Görünür, nazirin mətbuat katibi "Ortada ayaqqabı qutusu da yoxdur” deyərkən buna işarə edir.
Yeri gəlmişək İbrahim Bayram əməliyyatın detalları və həbs olunanlarla bağlı məlumatların vəkillərə verilmədiyi halda mediaya sızdırldığını da deyib və buna etirazını bildirib. "Dünən sızdırdığınız məlumatlar bu gün sızdırdıqlarınızın hazırlığı idimi?” deyə o, əməliyyatı həyata keçirənlərə sual ünvanlayıb.
"İş materialları bizə verilmədən, müdafiə tədbirlərimiz əngəllənərək media vasitəsilə linç kampaniyası aparılır”, - deyə Bayram bildirib.
Bu arada Egemen Bağış ittiham olunmasına cavab kimi bir tweet paylaşıb. Bağış "Twitter”dən aktiv istifadə edən nazirlərdən olsa da, "böyük rüşvət əməliyyatı” haqda məlumatlar mediaya çıxandan bəri bu sosial şəbəkədə susqunluğu ilə diqqət çəkib. Lakin bu gün o, "Twitter” hesabında İbn Sinadan bir iqtibas qeyd edib. Nazirin tweet-i belədir:
"İnsan özünü bildikdən sonra onu bilməyənlərin söylədiklərinin heç bir önəmi yoxdur. İbn Sina”.
Xatırladaq ki, Egemen Bağış Türkiyəni silkələyən antikorrupsiya əməliyyatının mərkəzi qəhrəmanı Rza Zərrabdan 1.5 milyon dollar rüşvət almaqda itttham olunur.
.