"Malibu xilasediciləri" serialının çoxdan gözlənilən remeykinin treyleri təqdim olundu.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur serial əsasında çəkilən yeni filmə Dueyn Conson, Zak Efron, Priyanka Çopra kimi məşhurlar çəkilib.

Qamətli bədənlər, çimərlik geyimlərində cazibədar qızlar və ovsunlayan mənzərələr- bunların hamısı filmə yay abu-havası qatıb. 

Yeni filmin 2017-ci ilin mayında təqdimatı gözlənilir.




.