
San-Paulu xəstəxanasının administrasiyası əfsanəvi futbolçunun müayinə məqsədi ilə müalicə mərkəzinə yerləşdirildiyi haqda məlumat yayıb.
AzərTAc xəbər verir ki, Pele Albert Enşteyn adına xəstəxanaya təcili tibbi yardım maşını ilə gətirilib. Braziliya KİV-ləri isə mədəsində başlanan ağrılar səbəbindən 74 yaşlı Pelenin muzeylərin birində keçirilən tədbirdə iştirak edə bilmədiyini yazır.
Hazırda keçmiş futbolçunun səhhətinin həyati təhlükə daşımadığı bildirilir.
.