
Bununla bağlı danışan Fiqu hazırkı prezident Yozef Blatteri tənqid edib. Ali futbol qurumuna münasibətin dəyişdiyini deyən keçmiş "7 nömrə” çıxış yolunu prezident dəyişikliyində görür: "Mən futbola görə narahat oluram. Son illər FİFA-nın imici çox aşağı düşüb. Sonuncu dünya çempionatı zamanı Braziliyada idim və azarkeşlərin reaksiyalarını gördüm. FİFA-ya olan münasibəti dəyişmək lazımdı. Bunun üçün isə ilk növbədə, rəhbərlik dəyişilməlidi. Fikrimcə, namizədliyimi irəli sürmək üçün ən uyğun vaxtdı”.
Qeyd edək ki, FİFA-nın prezidenti postuna ən real namizəd hazırkı prezident Yozef Blatter sayılır (apasport.az). .