Əfqanıstanın vitse-prezidenti Əmirulla Saleh ölkəni tərk etdiyinə dair yayılan xəbərləri təkzib edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Salehin "Tolo News" telekanalı tərəfindən yayımlanan video müraciətində deyilir.

Saleh bildirib ki, ölkəni tərk etməsi və Əfqanıstandan kənarda olduğu barədə məlumatlar düşmən təbliğatıdır.

"Müqavimət davam edir və davam edəcək. Mən öz torpağım uğrunda və onun ləyaqətini müdafiə etmək üçün burdayam", - bunu isə Saleh öz tvitterində yazıb.

.