Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

Rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

***

Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində ötən gecə baş vermiş 6 ballıq zəlzələdə ölənlərin sayı 255-ə çatıb.

“Al Jazeera“ telekanalı xəbər verir ki, daha 150 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, yeraltı təkanlar nəticəsində bir neçə ev dağılıb. Hazırda meyitlərin dağıntılar altından çıxarılması üçün işlər aparılır.

Bundan əvvəl zəlzələ nəticəsində 50 nəfərin öldüyü, 65 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Yerli “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən fəlakət zonasında axtarış-xilasetmə işlərinin davam etdirildiyi barədə məlumat yayıb.

.