Əfqanıstanın paytaxtı Kabil şəhərində yenidən partlayış törədilib.
Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində ən azı üç nəfər həyatını itirib, bir nəfər xəsarət alıb.
Ölənlərdən biri Əfqan əhalisinin mühafizəsinə məsul olan şəxslərdən biri Zia Vadandır.
Əfqanıstan hakimiyyəti partlayışı radikal “Taliban” qruplaşmasının törətdiyini bildirib.

.