Əfqanıstanda "Taliban” silahlılarının Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 7 hərbçi və 10 polis əməkdaşı həlak olub, 9 polis əməkdaşı isə yaralanıb.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Hadisə martın 8-dən 9-a keçən gecə Tahar əyalətinin Xvaca Qhar qəsəbəsində baş verib.

Zərərsizləşdirilən terrorçular barədə məlumat yayılmayıb.
.