Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

RİA "Novosti” xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb.

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terroçu qruplaşma üzərinə götürməyib.
.