Taliban Əfqanıstanın şərqində Luqar vilayətində bir polis postuna hücum edib.
Luqar valiliyinin sözçüsü bu hücumda 20 polisin həlak olduğunu və daha səkkiz nəfərin yaralandığını bildirib.
Hücum ilk növbədə iki kamikadzenin törətdiyi partlayışla həyata keçirilib. Hücum edən terrorçularla polis arasında atışma iki saat davam edib və bütün terrorçuların öldürülməsi ilə nəticələnib.
Taliban hərəkatı bu hücumun məsuliyyətini üzərinə götürüb. (interaz)
.