“İyulun 16-da gecə saatlarında gedın döyüşlər nəticəsində “Taliban”ın 284 silahlısı ölüb, 205-i yaralanıb”.

“Sputnik Afqanistan”  xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyi elan edib.

Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Qəznə, Host, Maydan Vardak, Qəndəhar, Cuzcan, Sarı-Pol, Samanqan, Bəlx, Gilmend, Tahat və Kabul əyalətlərində gedən döyüşlərdə öldürülüb.

Məlumata görə, 15 müxtəlif tip mina zərərsizləşdirilib . Müdafiə Nazirliyinin mətbuat katibi Favad Amanın sözlərinə görə, Şeyx Əli rayonunun mərkəzi, Pərvan əyalətinin Şinvari rayonu qruplaşma silahlılarından azad edilib.

.