Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlardan 8 600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

.