ABŞ-ın dünya ölkələrini texnoloji imkanları hesabına dinlədiyini ortaya çıxaran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snouden Nobel Sülh Mükafatına namizəd göstərilib. Amerikalı kəşfiyyatçının namizədliyi Norveçin Sosialist Sol Partiyasının iki deputat tərəfindən təklif olunub.
Məlumat üçün bildirək ki, Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafat sayılır. Mükafat sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və ya təşkilatlara təqdim edilir.
.
