Prezident İlham Əliyev "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə "Nazir müavini” beşinci bənd əlavə edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin olunub.
.