Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Qurum həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, ECB-nin bu ilin sonuna qədər faizləri dəyişmək niyyətində olmadığı bildirilir.
.