Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında faiz dərəcələrinin sabit saxlanılması barədə qərar qəbul olunub. 

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, qurum uçot dərəcəsini 0%, marginal faiz dərəcəsini 0,25%, depozit faizini isə -0,5% səviyyəsində saxlayıb.

ECB istiqraz alışı proqramını dəyişdirməyib. 

.