2003-ci ildə amerikalı əsgərlərin işğal altındakı İraqda yerləşən "Əbu Qreyb" həbsxanasında tətbiq etdikləri işgəncələrlə bağlı amerikalı jurnalist Hersh danışıb. O, bildirib ki, Əbu-Qreyb həbsxanasında iraqlı gənclərə və uşaqlara analarının gözləri qarşısında təcavüz edilib və bütün bunlar videoya çəkilib. Əbu-Qreyb dəhşətlərini ilk olaraq dünyaya yayan amerikalı jurnalist Seymur M. Hersh, həbsxanada yaşanan dəhşətli hadisələrin cəmiyyətə açıqlanmadığını, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən bu məlumatların gizli saxlandığını bildirib.
Məşhur jurnalist iraqlı gənclərə və uşaqlara analarının gözləri qarşısında azğın bir şəkildə təcavüz edildiyini və bunun videoya çəkildiyini deyib: "Gənclər çox pis işgəncələrə məruz qaldı. Ən qorxulusu onların qışqırıqları idi. Budur hökumətimiz belə döyüşür"
Jurnalist ABŞ hökumətini müharibə cinayətlərini gizlətməkdə günahlandırıb. Jurnalist həmçinin məhkumlardan biri olan Mehaddi Hilasın bir ABŞ əsgərinin 15-17 yaşındakı bir gəncə təcavüz etdiyini gördüyünü deyib.
Qeyd edək ki, yayılmış digər məlumatlara görə həbsxanada iraqlı gənclərə sopalarla təcavüz edilib, qadın paltarları geyinməyə məcbur edilib, bəzilərinə isə elektrik cərəyanı qoşulub. Görüntülərin ortaya çıxmasından sonra ABŞ-lı çavuş Charles Graner hərbi məhkəmə qarşısına çıxarılıb. Həbsxanadan məsul olan general J. Kaprinski isə işgəncələrin bir siyasət olduğunu, sorğu-suallarda CİA agentlərinin də iştirak etdiyini bildirmişdi. Əsgərlərin özləri tərəfindən çəkilən görüntülər isə "Palm Beach Post" qəzetinin internet səhifəsində yayımlanmışdı.
Xatırladaq ki "Əbu Qreyb" həbsxanası haqqında daha sonra "The Redacted" adlı film çəkilib..(bizimyol.info)
.