Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında diplomatik əlaqələrin gərginləşməsi nəticəsində, Əbu-Dabi ilə Tehran arasında gerçəkləşdiriləcək uçuşlar ləğv edilib.
BƏƏ-nin beynəlxalq "Etihad Airways” aviaşirkəti 2018-ci ilin yanvarın 23-dən sonra Tehrana alınan aviabiletləri ləğv edərək, biletlərin pulunu sərnişinlərə geri qaytarıb.
Eyni zamanda, yanvar ayının 23-ə qədər Əbu-Dabi ilə Tehran arasında uçuşlar həftədə 2 dəfə olacaq. Bundan əvvəl isə həftənin 5 günü uçuşlar mövcud idi.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri İranı regionda kiberhücumlar həyata keçirərək qeyri-sabit vəziyyət yaratmaqda ittiham edib.
.
