
Müğənni Ebru Gündeş Rza Zərrabla boşanma ərizəsini verdikdən sonra ilk dəfə səhnəyə çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sevilən mahnılarını oxuyan Ebrunun hazırda həbsdə olan R.Zərraba ismarış göndərdiyi iddia edilir.
O, "Bir devir bitdi" mahnısını oxuyarkən kövrəlib. Mahnının sözlərindəki "Bir dövr bitdi, qəbul edək, niyə bunu görməzdən gələk?" hissə isə Rzaya mesaj kimi qəbul edilib.
Barmağında nişan üzüyü olmayan Gündeş qara geyimi ilə diqqət çəkib.
.