
Həbsdə olan iş adamı Rza Zərrabla boşanma ərəfəsində olan müğənni Ebru Gündeşlə bağlı gözlənilməz xəbər yayılıb.
Axşam.az-ın məlumatına görə, Türkiyə mətbuatı iddia edir ki, Ebru bir müddətdir milli futbol komandasının qapıçısı Ufuk Ceylanla görüşür:
"6 illik evliliyini bitirməyə hazırlaşan müğənninin Ufukla fotoları Rza Zərrabın əlinə keçib. Həyat yoldaşından boşanmaq istəməyən Rza məhz bu fotolardan sonra vəkillərinə müraciət edib. Gənc iş adamının vəkili Şeyda Yıldırım dedektiv kimi Gündeşin hər hərəkətini izləyir".
Ən qalmaqallı iddialar isə Ebrunun Ufukun evindən, eləcə də futbolçunun Rzanın Ebruya hədiyyə etdiyi villadan çıxarkən görüntülənməsidir. Dedektivlər fotoları Rzaya çatdırdıqdan sonra həbsdə olan iş adamının növbəti həmləsi maraqla gözlənilir.
Bu arada U.Ceylan Ebrunun heç bir konsertini buraxmır.