
Qolkiper Ufuk Ceylanla sevgili olduğu deyilən müğənni Ebru Gündeş səssizliyini pozub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündeş ittihamlarla bağlı açıqlama verib: "Öncə belə bir açıqlama verməyin üzüntüsünü sözlərlə ifadə edə bilmədiyimi deməliyəm.
Mən hələ evli, bir uşaq sahibi olan, yaşadığı bu qədər çətinliyə rəğmən ayaqda qalmağa çalışan və şükürlər olsun ki, ağlı yerində olan 42 yaşında bir qadınam.
Ən azından hesabını verə bilməyəcəyim kimsəni 24 saatı izlənilən bir həyatın içinə salmayacaq qədər də zəkaya malikəm.
Mənə yaraşdırmağa çalışdığınızı yaşamış olsam, yolum ailəmlə yaşadığım evdən keçməz. Çünki başqa evdə yaşaya biləcək imkana da sahibəm.
Uşağımın atasının içində olduğu çətin vəziyyətdən dolayı və hələ də ailə həyatı davam edən bir qadın olaraq: 24 saatı lentə alınan evdən iş saatları xaricində heç çıxmadım və dostlarımı da burda qəbul etdim ki, kənar söz-söhbətlərin mövzusu olmayım. Amma görünür, bu da yetərli olmadı.
Mən, sadəcə, səsiylə bir yerlərə gəlmiş və ürəyi ilə yaşayan qadınam. Dediyim kimi də hər şeyə rəğmən işimdən möhkəm yapışmağı və həyatda qalmağa davam edəcəm”.
Müğənni belə xəbərləri məqsədli yayanlarla hüquq müstəvisində mübarizə aparacağını da açıqlayıb.
.