Müğənni Ebru Gündeş dörd ay sonra yenidən sosial şəbəkələrdən istifadə etməyə başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, həyat yoldaşı Rza Zərrab həbs olunduqdan sonra sosial şəbəkələrdən imtina edən sənətçi yenidən şəbəkə istifadəçisinə çevrilib. O, şəbəkə vasitəsilə Türkiyədə qeyd edilən "Milli Suverenlik və Uşaq Bayramı” münasibəti ilə hər kəsi təbrik edib.
Qeyd edək ki, Ebru Gündeş əri Rza Zərrab nəzarət altında olan zaman "İnstagram”da " O səs Türkiyə” yarışmasında, konsertində çəkilmiş şəkillərini, eləcə də bir neçə fərqli fotolarını paylaşmış və hamını təəccübləndirmişdi.
.