
Türkiyədə ötən ilin 17 dekabr tarixində keçirilən anti-korrupsiya əməliyyatlarında həbs olunan iş aşamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş malik olduğu fermasını satmaq qərarına gəlib. Ebru Gündeş "Güntaş" süd məhsulları fermasını 4 milyon türk lirəsinə (1 milyon 421 min AZN) satacaq.
Məlumat üçün bildirək ki, türkiyəli sənət adamının əri Rza Zərrab sabiq nazir Zəfər Çağlayana 105 milyon, Süleyman Arslana isə 1,5 milyon rüşvət verməkdə ittiham olunaraq həbs edilib.
.