Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, proqramlar həyata keçirilən ölkələrdə ÜDM 2020-ci ildə COVID-19 pandemiyası üzündən 3,9 faiz azalacaq, 2021-ci ildə isə 3,6 faiz artacaq.

Bu barədə bankın Avropa və Asiyanın 36 inkişaf edən ölkəsinə dair yeni makroiqtisadi hesabatına əsasən xəbər verir.

May ayında açlıqlanmış əvvəlki proqnozda isə bu il üçün 3,5 faiz azalma, gələn il üçün isə 4,8 faiz artım nəzərdə tutulurdu.

Sosial məsafə qaydasının gözlənildiyindən daha çox qüvvədə qaldığı üçün ÜDM-ə dair proqnozun əvvəlki varianta nisbətən azaldıldığı bildirilən hesabata görə, dünyada pandemiya və ona qarşı görülən tədbirlər üzündən “yüksək səviyyədə qeyri-müəyyənlik” qaldığı üçün hazırkı proqnozun nisbi xarakter daşıdığı vurğulanır.

Yenə də COVID-19 pandemiyası və onun fəsadları nəticəsində sözügedən ölkələrdə sənaye istehsalının bu ilin ikinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz azalıb.

EBRD-nin baş iqtisadçısı Beata Yavorçik bir çox ölkələrdə ÜDM-nin hətta 2008-2009-cu illərdəki maliyyə böhranındakından daha çox azaldığını, bunun o dövrdəkinə yaxın sürətlə əvvəlki səviyyəyə qayıtmasını gözlədiklərini diqqətə çatdırıb: “ÜDM-in 2021-ci ilin sonunadək pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı gözlənilir”.

Qeyd edək ki, EBRD-nin yaxından əməkdaşlıq etdiyi ölkələr Mərkəzi və Şərqi Avropa, Şərqi Aralıq dənizi, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada yerləşir.

.