Orta Dəhliz infrastrukturunun təkmilləşdirilməsi üçün 18,5 milyard avro investisiya tələb olunur.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasında bildirilib.
Qeyd edilib ki, investisiyalar prioritet sahələr - dəmir yolu və avtomobil yolları şəbəkəsinin bərpası və modernləşdirilməsinə yönəldilməlidir.
"Vaqonların genişləndirilməsi, port tutumunun artırılması və sərhəd keçid məntəqələrinin, multimodal logistika mərkəzlərinin və iştirakçı ölkələr arasında köməkçi şəbəkə əlaqələrinin təkmilləşdirilməsinə ehtiyac var. İnvestisiyalar iştirakçı ölkələrin ehtiyaclarını, prioritetlərini, imkanlarını və xüsusi şərtlərini nəzərə alınmaqla həyata keçirilməlidir"- EBRD-nin araşdırmasında bildirilib.
.