"Türkiyədən qadağan olunmuş məhsulların Rusiyaya daxil olması Azərbaycan vasitəsilə baş verə bilər”.

Bu sözləri Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç "Rossiya 24” kanalına müsahibəsində deyib. O, sərhəddə vəziyyətə nəzarət olunacağını söyləyib: "Ehtimal var ki, Türkiyədə istehsal olunmuş ərzaq məhsullarını Azərbaycan vasitəsilə Rusiyaya çatdırmağa cəhd edəcəklər. Biz bunu izləyəcək, vəziyyətə nəzarət edəcək və qanunun pozulması ilə mübarizə aparmaqda davam edəcəyik”.

.