Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 350 milyonu, ölənlərin sayı isə 5,6 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə dünya üzrə 352 796 704 nəfər koronavirusa yoluxub, 5 600 434 nəfər isə bu xəstəlikdən ölüb.
Son sutkada yoluxma sayı 2 158 785, ölüm sayı isə 6 189 olub.
Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 70 153 597. Növbəti yerlərdə Hindistan (39 799 202), Braziliya (24 044 255), Fransa (16 347 127) və Böyük Britaniya (15 953 689) qərarlaşıb.
Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 860 113. Digər yerləri Braziliya (623 097), Hindistan (490 462), Rusiya (327 448) və Meksika (303 183) bölüşüb.
.
