2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan (COVID-19) ölüb.

Bu barədə mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının "Aclıq Virusu Yüksəlir" adlı hesabatında bildirilir.

Sənədə əsasən, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub. Kəskin artıma səbəb kimi qlobal istiləşmə, pandemiya ilə əlaqədar ərzaq qiymətlərinin 40% artması göstərilir.
 

.