Dünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“Laçında Reza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə - Laçına qayıdırlar.

Həmçinin burada dünyanın müxtəlif yerlərindən olan 100 uşağın fotoşəkilləri də var. Diplomatik korpusla biz də burada ailə şəklimizi çəkdirdik”,- paylaşımda qeyd olunub.

.