
Misirin İsgəndəriyyə şəhərində təşkil edilən Dünya Seriyasının final mərhələsində uğurlu çıxış edən Azərbaycanın çimərlik güləşçiləri Vətənə qayıdıblar.
Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri, ictimaiyyət nümayəndələri qarsalayıblar.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.
.