Yeni növ koronavirus (COVID-19) pandemiyası başlayandan indiyədək dünya ölkələrinin ev təsərrüfatlarına və şirkətlərə göstərdiyi maliyyə dəstəyi çərçivəsində 12 trln. ABŞ dolları həcmində vəsait ayrılıb.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, indiyədək tətbiq olunmamış pul siyasəti tədbirləri milyonlarla şirkəti kredit axınları ilə təmin edərək onların biznesdə qalmasına imkan yaradıb.

K. Georgiyeva onu qeyd edib ki, pandemiyanın zərərli təsirlərini yumşaldılmasına yönələn tədbirlərin səmərəliliyi də fərqli idi və burada inkişaf etmiş ölkələr daha uğurlu olub: "ABŞ və Avrozona da daxil olmaqla bir çox inkişaf etmiş iqtisadiyyatlar üçün tənəzzül son dərəcə ağrılı olaraq qalır, lakin tənəzzül gözləniləndən daha az şiddətlidir".

.