Dünya çümpionatında yarımfinal mərhələsinə yekun vurulub.

Ikinci finalçı Fransa və Mərakeşin duelində bəlli olub.

Son dünya çempionu təkcə bu görüşün deyil, mundialın da favoriti sayılır.

Didye Deşamın yetirmələri ardıcıl ikinci çempionluğa bir addım da yaxınlaşıb.

Mərakeş isə növbəti sensasiyanı gerçəkləşdirməyə köklənsə də buna nail ola bilməyib.

Qrupda Belçika, pley-offda İspaniya və Portuqaliyanı üstələyən afrikalıların yolunu Avropa təmsilçisi kəsib.

Qeyd edək ki, Fransa finalda Argentina ilə görüşəcək.

3-cü yer uğrunda mübarizə isə Xorvatiya-Mərakeş arasında olacaq.

.