"İqlim dəyişikliyinin yaratdığı riskləri yetərincə qiymətləndirmədən bu problemlə səmərəli mübarizə apara bilməyəcəyik".

Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan İnkişafı Proqramının rəhbəri Ahmet Levent Yener deyib.

O ümidvar olduğunu bildirib ki, COP29 atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu üzərinə götürəcək.

"BMT-nin üzvü olan dövlətlər iqlim dəyişikliyi risklərinin qiymətləndirilməsi üzrə mexanizmlərin hazırlanmasını mümkün qədər tez bir zamanda təmin etməlidir. Çünki biz riskləri yetərincə qiymətləndirmədən iqlim dəyişikliyi ilə səmərəli mübarizə apara bilməyəcəyik. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29 nüfuzlu iqlim konfransı iqlim dəyişikliyi və ümumiyyətlə atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə yollarının tapılması üçün əlverişli beynəlxalq platforma ola biləcək. Burada əlbəttə ki, insan inkişafının rolunu da qeyd etmək lazımdır"

.