Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.
Ukrayna Azərbaycanlıları Radasından verilən xəbərə görə, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır: “Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir”.
.
