Vaşinqtonda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş başlanıb.
Bu haqda "RİA-Novosti” agentliyi bildirib.
Xarici siyasət idarələrinin başçıları, gözlənildiyi kimi, Suriya və Ukraynadakı vəziyyəti, həmçinin ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Tillerson görüşdən əvvəl bildirib, tərəflər Moskvada başlanmış dialoqu davam etdirəcəklər. Lavrov həmkarı ilə görüşdən sonra müzakirələri davam etdirmək üçün Ağ Evə gedəcək. Rusiya xarici siyasət idarəsinin başçısı ABŞ prezidenti Donald Trampla görüşəcək.
Lavrovun Vaşinqtonda keçirəcəyi görüşlərin Suriyadakı proseslərə böyük təsirinin olacağı proqnozlaşdırılır.
.
