"Travelbird” səyahət saytı dünyanın ən təhlükəsiz şəhərlərinin siyahısını tərtib edib.
Siyahı şəhərlərin siyasi, iqtisadi, sosial vəziyyətinə uyğun olaraq tərtib edilib.
Beləliklə, dünyanın ən təhlükəsiz şəhəri siyahısına BƏƏ-nin paytaxtı Abu-Dabi başçılıq edib.
Abu-Dabini İsveçrənin Bern və Almaniyanın Münhen şəhəri izləyib.
Siyahıda yer alan dünyanın 10 təhlükəsiz şəhərini təqdim edirik.
1. Abu-Dabi, BƏƏ

2. Bern, İsveçrə

3. Münhen, Almaniya

4. Sürix, İsveçrə

5. Tokio, Yaponiya

6. Qrats, Avstriya

7. Kopenhagen, Danimarka

8. Cenevrə, İsveçrə

9. Vyana, Avstriya

10. Doha, Qətər

