
Maraqlısı budur ki, birinci yerdə heç də çox vaxt sosioloji sorğularda müəyyənləşdiyi kimi köpək balığıdı deyilmiş. O, bu siyahıda yalnız 15-ci yerdədir. The Independentin verdiyi məlumata görə, köpək balığı və canavar ildə orta hesabla 10 nəfər, fil və şir 100 nəfər, hippopotam 500 nəfər, timsah 1000 nəfər, it 40 000 nəfər, ilan 50 000 nəfər öldürür.
Siyahıda birinci yeri isə malyariya xəstəliyini daşıyan ağcaqanad tutub. O, ildə 600 min nəfərdən çox adam öldürür. Qeyd edək ki, bu növ həşərat dünyanın ən təhlükəli «canisi» seçilib.
Sözügedən siyahıya insanın özü də daxil edilib. Belə ki o, ildə 475 000 nəfər oldürür.
Yeri gəlmişkən, Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, hər il dünyada təxminən 200 milyon malyariya faktı qeydə alınır ki, bunun 90%-ı Afrika üzərinə düşür..