Bu fotolar Keniyada yaşayan Pako adlı qəbiləsində çəkilib. Fotodakı gənc qızlar sünnət edilir.
Dünyanın ən qorxunc ənənələrindən biri olan qadın sünnəti Afrikanın bir çox yerində geniş yayılıb. Pako qəbiləsində hər ilin noyabr-dekabr aylarında toplu şəkildə qızlar sünnət edilir.
Keniyada 2001-ci ildə qadın sünnəti qadağan olunub. Amma ölkədə bu ənənənin qarşısını almaq hələ də mümkün olmayıb. Xüsusən yoxsul ailələr tərəfindən gerçəkləşdirilən qadın sünnətinin məqsədi qızların cinsi əlaqəyə həzz almaq üçün yox, sadəcə uşaq doğmaq üçün girməsini təmin etməkdi. Bununla onlar cinsi azadlığın qarşısını alır.
Olduqca ağrılı və təhlükəli olan qadın sünnətinə qarşı beynəlxalq təşkilatlar illərlə mübarizə aparsa da, heç bir nəticəsi yoxdur.

.