
Pilotların gündəlik həyatından bəhs edəcək olsaq, hər kəsin ağlına aşağı yuxarı eyni şeylər gəlir.
Amma İsveçli pilot Mariya Pettersson öz qeyri-adiliyi ilə seçilir. Səbəbi isə olduqca maraqlıdır.
Çünki O, dünyanın dörd bir yanına öz yoga sevgisini daşıyır və "instagram" profilində təxminən 250 min izləyicisi var. 32 yaşlı Mariya, İtaliyaya köçdükdən sonra, macəralarını ailəsi və yoldaşları ilə bölüşməyə davam etmək üçün "instagram” hesabı açıb. İndi isə topladığı bu bənzərsiz anları yüz minlərlə insanla bölüşür. Yoganı həddindən artıq sevən pilotu, sahillərdə, ya da qayalıqların üstündə yoga edərkən görmək mümkündür. Boeing 737 təyyarəsində və mavi suların üzərində də onun yoga ilə məşğul olduğunu da görə bilərik. O, həmçinin, öz qidalanmasına da diqqət edərək sağlam həyat tərzi yaşayır.













