
Bütün dünyanın maliyyə və iqtisadiyyat xəbərlərini yaxından izlədiyi ingilis media qrupuna aid "Faynənşl Tayms” qəzetinin Yaponiyaya satıldığı bildirilib.
İngilis media qrupu "Pearson” Yaponiyanın "Nikkei” şirkəti tərəfindən 844 milyon sterlinqə (1 milyard 312 milyon dollar) alındığını açıqlayıb.
Qeyd edək ki, dünyanın maliyyə və iqtisadiyyat xəbərləri yayımlayan media qurumları arasında birincilərdən olan "Faynənşl Tayms” bu həftə satışa çıxarılmışdı.
.