Üçtərəfli bəyanat imzalananda ilk arzum Qarabağa getmək idi.

Bunu, Avropa Şurasının (AŞ) insan hüquqları komissarı Dunya Miyatoviç AŞPA-nın yaz sessiyasında deyib.

“Ancaq bildiyim qədəri ilə Qarabağa gedə bilmək səlahiyyəti olan və üçtərəfli bəyanatda adı keçən yeganə qurum Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığıdır. Bildiyim qədəri ilə onlar hələ də bunu edə bilməyiblər”, - komissar vurğulayıb.

O, hər iki ölkənin qurumları, hökumətləri ilə işləməyə hazır olduğunu bəyan edib.

Dunya Miyatoviç qeyd edib ki, irəliyə baxmağın, barışın vaxtıdır və bu, ancaq qarşılıqlı hörmət və anlayışla əldə edilə bilər.

Miyatoviç əlavə edib ki, itkin düşmüş şəxslər, sülhə keçid kimi məsələlərlə bağlı öz tövsiyələrini verib.

.